Yenə Maqnus Karlsen

Şəmkirdə görkəmli azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən ikinci beynəlxalq şahmat turnirinin baş mükafatı norveçli Maqnus Karlsenə təqdim olunmuşdur. Sonuncu, doqquzuncu turda Rauf Məmmədova qalib gələn dünya çempionu finişə 7 xalla çatmış və ötənilki müvəffəqiyyətini təkrar edib xatirə turnirlərinin ikiqat qalibi olmuşdur.

İkinci mövqedə qərar tutan keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan) Karlsendən bir xal geri qalmışdır. Üçüncü-dördüncü yerləri hərəyə 5 xalla ABŞ təmsilçisi Uesli Co və italiyalı Fabiano Karuana tutmuşlar.

Son turda ingilis Maykl Adams ilə heç-heçə oynayan Şəhriyar Məmmədyarov keçmiş dünya çempionu Vladimir Kramnik (Rusiya) kimi turniri 4 xalla başa vurmuşdur. Bu qrossmeysterlər finişə beş-altıncı pillələrdə çatmışlar. Məmmədov, Adams, hollandiyalı Aniş Giri və fransız Maksim Vaşye - Laqrav 3,5 xalla kifayətlənmişlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında