Serbiyalı Marko Saviç: Bütün hallarda Bakıya gələcəyəm

“Sərhədçi” İdman Olimpiya Mərkəzində Avropa Oyunlarına sınaq xarakteri daşıyan kişilərdən ibarət basketbol (3x3 formatında) komandaları arasında beynəlxalq turnir Serbiyanın “Novi Sad” klubunun qələbəsi ilə başa çatmışdır. Serblər finalda “Buxarest”ə (Rumıniya) qalib gəlmişlər - 21:18.

Azərbaycanın NTD və “Qala” klubları yarımfinal görüşlərində müvafiq surətdə “Novi Sad” və “Buxarest”ə 12:21 və 11:16 hesabı ilə uduzmuşlar.

Ukrayna və Gürcüstan təmsilçilərinin də iştirak etdikləri turnir başa çatdıqdan sonra serbiyalı basketbolçu Marko Saviç Avropa Oyunlarının sınaq yarışında “Novi Sad” klubunun qələbəsini azerisporta belə şərh etmişdir: - Turnirin yüksək səviyyədə təşkili xoşuma gəldi. Yaxşı komandalar idi, amma daha güclü rəqiblərlə görüşmək istərdik. Qələbəmizə sevinirik. Ölkəmizdə yaxşı basketbolçular çoxdur və Avropa Oyunlarına gələcək heyət hələ müəyyənləşməyib. Mən bu yarışda çıxış etmək istəyirəm. Ona görə ki, Avropa Oyunlarını dünya çempionatı ilə bir sırada görürəm. Bütün hallarda Bakıya gələcəyəm. Axı mən Avropa Oyunlarının idman səfiriyəm.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında