Çexiya idmançıları Avropa Oyunlarına böyük ümidlərlə gələcəklər

Bir sıra ölkələrdən sonra Çexiya Milli Olimpiya Komitəsi də Avropa Oyunlarında iştirak etmək üçün Bakıya göndərəcəyi idmançıların siyahısını açıqlamışdır. Bu ölkə Azərbaycan paytaxtında 120 atletlə təmsil olunacaq.

Çexiya MOK-nun prezidenti İrji Kejvalın kütləvi informasiya vasitələri nümayəndələrinə bildirdiyinə görə, onun həmvətənləri paytaxtımızda yüksək nəticələr göstərmək əzmindədirlər: “Biz Avropa Oyunlarında çoxsaylı idmançılarla təmsil olunacağıq və Bakıda startlarla bağlı böyük ümidlərimiz var”.

Başqa cür ola da bilməz. Axı, kim istəməz ki, tarixdə ilk Avropa Oyunlarının medalını qazanmasın. Bir də ki, çexlərin siyahısında indiyə qədər bir sıra çətin sınaqlardan şərəflə çıxmış velosipedçi dünya çempionu Zdenek Ştıbar, cüdo ustası Lukaş Krpalek kimi tanınmış idmançıların adları var. Üç il əvvəl Londonda XXX Yay Oimpiya Oyunlarının bürünc mükafatçısı olmuş kanoeçilərdən ibarət heyəti də qeyd etməmək olmaz.

Sloveniya Milli Olimpiya Komitəsi də Avropa  Oyunlarının medalları uğrunda mübarizənin iştirakçısı olacaq idmançılarının siyahısını elan etmişdir. Onlar 81 nəfərdir. Sloveniya idmanının ən yaxşı yetirmələri “Bakı-2015"in proqramına daxil olan 20 növdən 15-də starta çıxacaqlar. Bu ölkənin atletləri cüdo yarışlarında daha çox-14 nəfərlə təmsil olunacaqlar. Sloveniya yığmasında basketbol (3x3) və velosiped idmanı (şose) yarışlarında  mübarizə aparacaq heyətlər də genişdir-hərəsində səkkiz nəfər.

İsveçrə idmançıları Avropa Oyunlarında əksər növlərdə çıxış etməyi qərara almışlar. Onlar yarışlara kifayət qədər mötəbər heyətlə başlayacaqlar. Ölkə Milli Olimpiya Komitəsinin tərtib etdiyi siyahıda badminton, qılıncoynatma, cüdo və sərbəst güləş ustalarının sıraları daha genişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında