Gözlənilməz lider-Uesli So

Şəmkirdə görkəmli azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən ikinci beynəlxalq turnirin ilk dörd turundan sonra ABŞ şahmatçısı Uesli Sonun vahid lider olacağını, yəqin ki, çoxları gözləmirdi. Lakin amerikalı qrossmeyster üç qələbə və bir heç-heçə sayəsində 3,5 xal toplayaraq turnir cədvəlinə tək-tənha başçılıq etməklə hamını təəccübləndirməyi bacarmışdır.

Dördüncü turda lider Rauf Məmmədova qalib gəlmişdir. Digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov isə hollandiyalı Aniş Giri ilə heç-heçəyə razılaşmışdır. Bu görüşlərdən sonra hər iki Azərbaycan şahmatçısının 1,5 xalı vardır.

Turnir cədvəlində Sonun ən yaxın izləyiciləri norveçli dünya çempionu Maqnus Karlsen və rusiyalı keçmiş dünya çempionu Vladimir Kramnik dörd görüşdə müvafiq surətdə 3 və 2,5 xal toplamışlar.

Dünən keçirilən beçinci turla mükafat fondu 100 min avro olan turnurin birinci yarısına yekun vurulmuşdur. Bu turda Məmmədyarov Kramniklə görüşmüş, Məmmədov isə Maykl Adamsa (İngiltərə) qarşı oynamışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında