İdman

“Naxçıvan Open”ə daha bir dünya çempionu gələcək

 

Xəbər verdiyimiz kimi, mayın 1-dən 10-dək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən ənənəvi “Naxçıvan Open” beynəlxalq şahmat festivalı keçiriləcəkdir. Üç turniri (“A”, “B”, “C”) özündə birləşdirəcək festival proqramında ən güclülərin yarışacağı “A” turnirində iştirak etmək arzusunda olduqlarını bildirən şahmatçıların sıraları getdikcə genişlənir.

Dünən məlum olmuşdur ki, özbəkistanlı qrossmeyster, keçmiş dünya çempionu Rüstəm Qasımcanov da ulu öndərin xatirə turnirinin mükafatları uğrunda mübarizə aparmaq üçün Naxçıvana gələcək. Ondan əvvəl isə qadınlar arasında keçmiş dünya çempionu Hou İfan (Çin) ölkəmizə səfərini təsdiqləmişdi.

Aprelin 15-dək “A” turniri iştirakçılarının sayı 66 nəfərə çatmışdır. Reytinqə görə, onların siyahısına 2712 əmsala malik Qasımcanov başçılıq edir. Birinci üçlüyə həmçinin fransız Etyen Bakro (2706) və Hou İfan (2686) daxildirlər. Azərbaycan şahmatçılarından Rauf Məmmədov (2658) siyahıda beşinci, Eltac Səfərli (2641) yeddinci, Qədir Hüseynov (2614) 11-cidir.

“Naxçıvan Open” beynəlxalq şahmat fectivalı üçün 40 min dollar məbləğində ümumi mükafat fondu təsis edilmişdir. “A” turnirinin qalibinə 10 min dollar mükafat nəzərdə tutulmuşdur. Isveçrə sistemi üzrə keçiriləcək yarışda rəqiblər hərəyə doqquz görüş oynayacaqlar.

 

Avropa çempionatının fəxri kürsüsündə

 

Azərbaycan ağırlıqqaldıranları Tbilisidə keçirilən kişi və qadınlar arasında Avropa çempionatında daha bir medalın sevincini yaşamışlar. Bu dəfə fəxri kürsünün  üçüncü pilləsində təbrikləri qəbul edən Anastasiya İbrahimli (69 kq) fərqlənmişdir.

Təmsilçimiz birdən 103, təkanla isə 130 kq ağırlıq qaldıraraq iki hərəkətin cəmində 233 kq nəticə göstərmişdir. Bu nəticə İbrahimliyə bürünc medal qazandırmışdır. O, həm də təkanla ağırlıq qaldırmaqda kiçik bürünc mükafata sahib olmuşdur.

Xatırladaq ki, Gürcüstan paytaxtında Avropa çempionatının ilk günlərində Azərbaycan idmançıları Valentin Xristov (62 kq) və Boyanka Kostova (58 kq) öz çəki dərəcələrində bütün rəqiblərindən daha yaxşı çıxış edərək qitə çempionları olmuşlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında