ABŞ-dan bürünc medallarla

Azərbaycanın sərbəst üsulla güləşənləri ABŞ-ın Los-Anceles şəhərində yenicə başa çatmış Dünya kuboku turnirini üçüncü yerdə başa vurmuş və yarışın bağlanış mərasimində komandamızın üzvlərinə bürünc medallar təqdim olunmuşdur.

Turnirin ilkin mərhələsində Türkiyə komandasına 7:1, Belarus yığmasına 6:2 hesabı ilə qalib gəlib İran güləşçilərinə uduzan (1:7) “sərbəstlərimiz” qrupda ikinci yeri tutmuşlar. Digər qrupda isə (ABŞ, Rusiya, Kuba, Monqolustan) ilk iki yerə ABŞ və Rusiya sahib olmuşlar.

Nəticədə Azərbaycan komandası bürünc medallar uğrunda matçda Rusiya millisi ilə qarşılaşmışdır. Gərgin mübarizədə 4:4 hesabı qeydə alınsa da, əlavə xallara görə gülləşçilərimiz qalib gəlmişlər. Bu müvəffəqiyyət komandamıza finişə turnirin üç mükafatçısı sırasında çatmaq imkanı vermiş və Azərbaycan güləşçiləri ölkə idmanı tarixinə daha bir yaddaqalan səhifə yazmışlar.

Dünya kuboku yarışının ən yaxşı komandası İran yığması olmuşdur. Qaliblər finalda ABŞ idmançılarını 5:3 hesabı ilə məğlubiyyətə uğratmışlar.

Beşinci yer uğrunda matçda Belarus güləşçiləri monqolustanlı rəqibləri üzərində qələbə qazanmış (5:3),  yeddinci yeri isə həmin hesabla Türkiyə komandasına qalib gələn Kuba kollektivi tutmuşdur.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında