İdman

Bir qələbənin qiyməti

 

Martın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda Avropa çempionatı-2016-nın seçmə yarışları çərçivəsində Malta yığması ilə görüşdə qazanılmış qələbə Azərbaycan milli komandasına Beynəlxalq Futbol Federasiyasının (FİFA) yenicə açıqladığı növbəti reytinq cədvəlində əvvəlki siyahı ilə müqayisədə birdən-birə 24 pillə irəliləyib 264 xalla 139-cu yerdən 115-ci mövqeyə yüksəlmək imkanı vermişdir.

Qitə çempionatının seçmə turnirində növbəti rəqibimiz Norveç siyahıda 70-cidir (491 xal). Bu ölkənin komandası Azərbaycan futbolçularını iyunun 12-də qəbul edəcək. Osloda keçiriləcək görüşün Bakıda Avropa Oyunlarının açılış mərasimi ilə eyni günə təsadüf etməsi maraqlı məqamdır.

FİFA-nın reytinq cədvəlinə 1687 xala malik Almaniya komandası başçılıq edir. İkinci-üçüncü pillələrdə isə Argentina (1490) və Belçika (1457) qərar tutmuşlar.

 

 

Ulduzlar Los-Ancelesdə görüşür

 

ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə Dünya kuboku turniri artıq start ərəfəsindədir. Bu gün başlanıb sabah axşam finişə çatacaq yarışın ilkin mərhələsində Azərbaycan komandası, xəbər verdiyimiz kimi, Türkiyə, İran və Belarus yığmaları ilə birlikdə “B” qrupunda çıxış edəcəkdir. Güləşçilərimiz turnirə Türkiyə komandasına qarşı görüşlə başlayacaqlar.

“A” qrupuna isə turnir sahibləri ABŞ güləşçiləri, Rusiya, Kuba və Monqolustan komandaları daxildir. Qrupların qalibləri finalda fəxri mükafatın sahibini müəyyənləşdirəcəklər.

Bu arada Dünya kuboku turnirinin təşkilat komitəsi yarışın əsas ulduzlarını elan etmişdir. Onların sayı yeddidir. Ulduzlardan ikisi Azərbaycan güləşçiləri London Olimpiadası-2012-nin çempionu Toğrul Əsgərov və dünya çempionu Hacı Əliyevdir.

Siyahıya həmçinin Olimpiya çempionları Cordan Barrouz və Cek Varner (hər ikisi ABŞ), dünya çempionları İran güləşçiləri Rza Yazdani və Həsən Rəhimi, Belarus təmsilçisi Aleksey Şemarov daxildirlər.

 

 

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında