“Dubay Open” in liderlər qrupunda

Birləşmiş Ərəb Əmirliklərində 17-ci dəfə keçirilən “Dubay Open” beynəlxalq şahmat turnirinin mükafatları uğrunda 180 nəfərə qədər iştirakçı, o cümlədən 67 qrossmeyster mübarizə aparır. Onların arasında Azərbaycanın bir qrup təmsilçisi də vardır.

İlk iki turda şahmatçılarımız arasında ən yaxşı nəticəni Qədir Hüseynov və Zaur Məmmədov göstərmişlər. Hüseynov start görüşlərində hindistanlı və mərakeşli rəqiblərinə, Məmmədov isə Suriya və Hindistan nümayəndələrinə qalib gələrək hərəyə 2 xal toplamışlar. Onlarla yanaşı daha 26 nəfər iki qələbə qazanmışdır. Digər azərbaycanlı iştirakçılardan Nail Bəşirli iki görüşün birindən qalib ayrılmış, digərində isə heç-heçəyə razılaşmışdır.

“Dubay Open” İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir. Dünən rəqiblər üçüncü turun görüşlərində qarşılaşmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında