“Neftçi” Müşahidə Şurasını sevindirir

Artıq ikinci oyundur ki, “Neftçi” Topaz Premyer Liqasında meydana klubda yeni yaradılmış Müşahidə Şurasının rəhbərliyi altında çıxır və qələbəni bayram edir. Şuranın sədri, məşhur yazıçımız Çingiz Abdullayev və üzvləri bu dəfə 28-ci turun mərkəzi görüşündə Zaqatalada yerli “Simurq” ilə oyunda müvəffəqiyyətə sevinmişlər-1:0.

Turun digər görüşlərində “Qarabağ”ın bu çempionatda açıq-aşkar zəif çıxış edən “Bakı”nın müqavimətini qıra bilməyərək heç-heçə ilə kifayətlənməsi (1:1) bir qədər gözlənilməz nəticə hesab edilsə də, çox da təəccüb doğurmamalıdır.  Bütün oyunlarda qalib gəlmək mümkün deyil, bir də ki, həyat kimi futbol da gözlənilməz hadisələrlə zəngindir.

Finişə heç olmasa dördüncü çatmaq üçün bütün qüvvələrini səfərbərliyə almış “Qəbələ”nin Bakıda AZAL-ı dörd cavabsız qolla məğlubiyyətə uğradacağını yəqin ki, çoxları gözləmirdi. Lakin məhz belə olmuş, 4:0 hesabı ilə qələbə qazanan Qəbələ klubu “Simurq”un uğursuzluğundan istifadə edərək onu turnir cədvəlinin dördüncü pilləsindən sıxışdırmışdır.  “İnter” də öz növbəsində “doğma divarlar” arasında “Xəzər-Lənkəran”dan üstün oynayıb (2:0) artıq çoxdandır çempionluq məqsədinə doğru inamla irəliləyən Ağdam klubu ilə öz arasındakı fərqi  bir qədər azalda bilmişdir.

Hesabat  turundan sonra cədvəldə ilk beş yeri tutan “Qarabağ”ın 54, “İnter”in 47, “Neftçi”nin 45, “Qəbələ”nin 37, “Simurq”un 35 xalı vardır.

Aprelin 9-na təyin edilmiş növbəti, 29-cu turun isə təqvimi belədir: “Xəzər-Lənkəran”-"Neftçi", “Qəbələ”-"Simurq", “Qarabağ”-AZAL və “Sumqayıt”-"Bakı".

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında