Dünya çempionatındakı kimi Olimpiadada da Azərbaycanın xeyrinə - 2,5:1,5

Qrossmeysterlərimiz bir ildə Ermənistan komandasına ikinci dəfə qalib gəlmişlər
Bu ilin lap əvvəlində, yanvarın birinci yarısında Türkiyənin Bursa şəhərində keçirilən dünya çempionatının elə açılış turunda Azərbaycan komandası püşkün hökmü ilə Ermənistan yığması ilə görüşmüş və 2,5:1,5 hesabı ilə qələbə qazanmışdı. Budur, aradan səkkiz ay ötdükdən sonra bu rəqiblər yenidən üz-üzə gəlmişlər. Bu dəfə Xantı-Mansiyskdə (Rusiya) Ümumdünya Olimpiadasının 7-ci turunda. Bursadakı hesab yenə təkrar olunmuşdur. Əgər qışda komandamıza qələbəni üçüncü taxtada çıxış edən Şəhriyar Məmmədyarov qazandırmışdısa, indi "qızıl qol"un müəllifi dördüncü taxtada mübarizə aparan, həm də Olimpiadada çox yaxşı oynayan Qədir Hüseynov olmuşdur. Onun yeddi görüşdə 6 xal topladığını da qeyd edək.
Azərbaycan-Ermənistan-2,5:1,5. Məmmədyarovun Levon Aronyanla, Rauf Məmmədovun Qabriel Sarkisyanla heç-heçə nəticələnən görüşlərindən, Hüseynovun Arman Paşikyan üzərində qələbəsindən sonra matçda yığmamızı ümumi müvəffəqiyyətdən yarım xal ayırırdı. Onu ikinci taxtada Teymur Rəcəbov qazanmalı idi. Vladimir Akopyan komandasını xilas etməyə çox çalışsa da, bunu bacarmadı. Teymurun dəqiq oyunu altı saata qədər davam edən görüşün 91-ci gedişində ermənilərin ikinci nömrəsini heç-heçə ilə razılaşmağa məcbur etdi.
Bizim oğlanların prinsipial matçda qələbəni bayram etdikləri axşam Vasili İvançuk və onun Ukrayna yığmasındakı oyundaşları Gürcüstan şahmatçılarını, Rusiya 1 Rusiya 2-ni, fransızlar ispanları, İsrail Özbəkistanı eyni hesabla məğlubiyyətə uğratdılar - 2,5:1,5, ABŞ-Polşa, Hollandiya-Kuba, Çexiya-Hindistan matçlarında isə heç-heçə qeydə alındı - 2:2.
Hesabat turu Ukraynanı təkcə növbəti qələbə ilə yox, həm də xal ehtiyatını 13-ə çatdırıb vahid lider mövqeyi qazanması ilə sevindirdi. Sonrakı üç pillədə irəliləyən Rusiya-1, Macarıstan və Azərbaycan ondan bir xal geri qalırdılar. Yeddi komandanın 11 xalı var idi.
Azərbaycan-Yunanıstan-1,5:2,5. Bu nəticə isə qadın komandalarının turnirində qeydə alınmışdır. Məmmədyarovalar və Xəyalə İsgəndərova matçdan heç-heçə ilə ayrılmışlar. Gülnar Məmmədova uduzmuşdur. Uğursuzluq 8 xala malik komandamızı turnir cədvəlində 34-cü pilləyə göndərmişdir. Yeddi turdan sonra ilk üç yeri isə Rusiya-1 (14 xal), hərəyə 12 xala malik Gürcüstan və Hindistan tuturdular.
Səkkizinci "raund" dünən keçirilmişdir. Bu turda Azərbaycanın kişilərdən ibarət komandasını bir gün əvvəl Braziliyanı 3:1 hesabı ilə məğlubiyyətə uğradan Peter Leko, Zoltan Almaşi, Yudit Polqar və Ferents Berkeşdən ibarət Macarıstan yığması ilə görüş gözləyirdi, qızlar isə Yunanıstanla matçdakı məğlubiyyətin əvəzini Ekvadorla görüşdə çıxmağa çalışmalı idilər.
* * *
Azərbaycan-Macarıstan-2:2
Azərbaycan-Ekvador-3,5:0,5

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında