Superliqada yarımfinalçılar məlumdur

Qadın voleybol komandaları arasında Superliqa turnirində daha bir oyun keçirilmiş (“Rabitə”-"Lokomotiv"-3:1) və bütün yarımfinalçılar məlum olmuşdur.

Medallar uğrunda mübarizəni ilk dörd yeri tutan “Rabitə (42 xal), ”Azəryol", “Lokomotiv” (hərəyə 32 xal) və “Azərreyl” (10) davam etdirəcəklər. Yarımfinal görüşləri Quba Olimpiya Kompleksində keçiriləcəkdir. Bu mərhələdə “Rabitə” voleybolçuları “Azərreyl” ilə qarşılaşacaq, “Azəryol” isə “Lokomotiv”lə görüşəcək.

Yarımfinalların qalibləri Bakıda təşkil olunacaq final görüşləri seriyasında ölkə çempionunu müəyyənləşdirəcək, məğlublar isə bürünc medalların taleyini öz xeyirlərinə həll etməyə çalışacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında