“Aeroflot Open” finişə tələsir

Moskvada keçirilən “Aeroflot Open” beynəlxalq şahmat turniri tədricən finişə yaxınlaşır. İndi tələsmək  vaxtıdır, rəqiblər doqquz turdan ibarət yarış məsafəsinin həlledici hissəsindən mümkün qədər çox fayda götürmək qayğısına qalmalıdırlar.

Altıncı turda  azərbaycanlı  qrossmeyster  Rauf Məmmədov  Ukrayna  şahmatçısı  Stanislav Boqdanoviçlə görüşdə  qələbə qazanaraq  medal uğrunda mübarizəni davam etdirmək imkanını özündə saxlamış,  digər təmsilçimiz Şəhriyar Məmmədyarov da öz növbəsində almaniyalı Dennis Vaqnerlə oyunda  heç-heçə ilə  kifayətlənmişdir.

Bu turdan sonra  xal  ehtiyatını 4-ə çatdıran Məmmədov (o,  altı  görüşdən ikisində qalib gəlmiş,  dörd  dəfə isə  rəqibləri  ilə  heç-heçəyə  razılaşmışdır) hərəyə 5 xalla turnir cədvəlinə başçılıq edən rusiyalı qrossmeysterlər Daniil Dubov  və Jan  Nepomnyaşidən bir xal geri qalır. Məmmədyarovun

3 xalı vardır.

Dünən  axşam turnir  iştirakçıları yeddinci turun görüşlərində qarşılaşmışlar. Bu dəfə Məmmədov İldar Xayrulinlə (Rusiya), Məmmədyarov isə  Boqdanoviçlə görüşmüşlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında