Karate üzrə birinci açıq respublika çempionatı

Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” idman olimpiya mərkəzinin Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Karate-do Federasiyaları assosiasiyası və Azərbaycan Respublikası Milli Karate Federasiyası ilə birgə təşkil etdiyi uşaq, yeniyetmə və gənclər arasında karate üzrə birinci açıq respublika çempionatı keçirilmişdir.

Çempionatın açılış mərasimində Dövlət Sərhəd Xidməti rəisinin birinci  müavini – Sərhəd Qoşunları Baş Qərargahının rəisi general - leytenant  Rəşad Sadiqov, Azərbaycan Respublikası Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Respublikası Kinqboks Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev, respublikamızın 40 rayonunun müvafiq idman klublarının rəhbərləri, tanınmış idmançılar iştirak etmişlər.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin birinci   müavini – Sərhəd Qoşunları Baş Qərargahının rəisi general - leytenant Rəşad Sadiqov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən idman siyasətinin uğurlu nəticələri, 1-ci Avropa Oyunlarının respublikamızda keçirilməsinin tarixi əhəmiyyəti barədə ətraflı danışmışdır.

“Sərhədçi” idman olimpiya mərkəzinin bədii gimnastlarının, akrobatlarının nümunəvi çıxışlarından və respublikamızın incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş konsertdən sonra yarışlara start verilmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda qalib gəlmiş idmançılar mükafatlandırılmışlar.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında