İdman xəbərləri

Dünya çempionatında Rusiya-Ukrayna finalı

 

Soçidə keçirilən qadınlar arasında şahmat üzrə dünya çempionatı başa çatmaq üzrədir. Qızıl medal uğrunda həlledici final matçında rusiyalı Nataliya Poqonina və ukraynalı Mariya Muzıçuk görüşəcəklər.

Yarımfinalda Poqonina İsveç şahmatçısı Pia Kramlinqə qalib gəlmiş-2,5:1,5, Muzıçuk isə Harika Dronavallini (Hindistan) məğlubiyyətə uğratmışdır-3,5:2,5.         Final matçı dörd klassik görüşdən ibarətdir. Əgər hesab 2:2 olarsa, çempionu tay-breyk müəyyənləşdirəcək.

Həlledici mərhələnin bu günə təyin edilmiş ilk görüşündə ağlarla Poqonina oynayacaq.

 

Dünya reytinqinin birinci üçlüyündə

 

Beynəlxalq Cüdo Federasiyasının yenicə açıqladığı növbəti reytinq cədvəlində Azərbaycanın üç tatami ustası birinci üçlükdə yer almışdır.

Müvafiq surətdə 73 kq və 100 kq çəki dərəcələrində çıxış edən Rüstəm Orucov (1646 xal) və Elmar Qasımov (1984) öz çəkilərində siyahıda ikinci pilləyə yüksəlmişlər, Orxan Səfərov isə 1849 xalla 60 kq çəki dərəcəsində üçüncü mövqedədir.

Çüdoçularımız reytinq cədvəlində sürətli irəliləyişə bu günlərdə Türkiyənin Samsun şəhərində keçirilmiş “Qran-pri” turnirində uğurları sayəsində müvəffəq olmuşlar. Xatırladaq ki, Orucov və Qasımov Samsunda çıxışlarını fəxri kürsünün zirvəsində başa vuraraq evə qızıl medalla qayıtmışlar, Səfərov isə yalnız finalda uduzub gümüş mükafatçı olmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında