Azərbaycan seçmə mərhələyə qələbə ilə başladı

    Azərbaycanın futzal üzrə yığma komandası “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən Avropa çempionatı – 2016-nın seçmə məhələsinin startında  pərəstişkarlarını qələbə ilə sevindirmişdir.

Meydan sahibləri turnirə inamla başlayaraq ilk oyunda belçikalı rəqiblərini məğlubiyyətə uğratmışlar-3:1. Bu komandaların çıxış etdikləri 4-cü qrupa həmçinin Ukrayna və Danimarka yığmaları daxildirlər. Birinci turda onların görüşündə ukraynalıların xeyrinə 5:2 hesabı qeydə alınmışdır.

    Beləliklə, Azərbaycan və Ukrayna komandaları start turundan sonra qrupun liderləri olmuşlar.

Dünən axşam ikinci turun oyunları keçirilmişdir. Futzal ustalarımız bu dəfə Danimarka komandası ilə qarşılaşmışlar. Seçmə mərhələyə sabah Azərbaycan-Ukrayna və Danimarka-Belçika görüşləri ilə yekun vurulacaqdır.

   Finişdə birinci yeri tutan komanda Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yerin sahibi isə bu məqsədə çatmaq üçün pley-off görüşlərində mübarizə aparacaq.

 

Oqtay BAYRAMOV, “ Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında