Bir günlük istirahətdən sonra iki qələbə

Rusiyalı və bolqarıstanlı keçmiş dünya çempionları Vladimir Kramnik və Veselin Topalovdan, eləcə də dünya reytinqinin lideri norveçli Maqnus Karlsendən fərqli olaraq hazırkı dünya çempionu hindistanlı Vişvanatan Anand 39-cu Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün Rusiyanın Xantı-Mansiysk şəhərinə gəlməmişdir. Buna baxmayaraq, Hindistan yığması onsuz da kifayət qədər güclüdür və ona qalib gəlmək heç də hər rəqibin işi deyil. Bu səbəbdən də Olimpiadada bir günlük istirahətdən sonra keçirilən 6-cı turda Azərbaycanın kişi qrossmeysterlərinin Anandın həmvətənləri üzərində inamlı qələbəsi yerinə düşdü. Qadın şahmatçılarımız isə həmin gün türkiyəli rəfiqələrindən üstün olmuşlar. Maraqlıdır ki, hər iki matçda eyni hesab qeydə alınmışdır.
Azərbaycan-Hindistan-3:1.
Təmsilçilərimiz çətin sınaqda bir dəfə də büdrəməmişlər. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov ağ fiqurlarla müvafiq surətdə Krişnan Saşikiran və Surya Qanqulini məğlubiyyətə uğratmaq vəzifəsinin öhdəsindən bacarıqla gəlmişlər, Teymur Rəcəbov və Qədir Hüseynov isə ikinci və dördüncü taxtalarda qaralarla Pentala Harikrişna və Baskaran Adibana qarşı görüşlərdən hərəyə yarım xalla ayrılmışlar. Bu qələbə ilə Azərbaycan şahmatçıları həm də bu ilin yanvarında Türkiyənin Bursa şəhərində keçirilmiş dünya çempionatında Hindistan komandası ilə görüşdə qeydə alınmış məğlubiyyətin (1,5:2,5) əvəzini çıxmışlar.
Turun daha bir neçə prinsipial matçının nəticələri: Gürcüstan-Ermənistan - 2:2, Ukrayna-Macarıstan-3:1, Rusiya 2 - Hollandiya - 3:1, Rusiya 1 - Çexiya - 2,5:1,5, Vyetnam-ABŞ-1,5:2,5, Polşa-Estoniya-3:1 Çernoqoriya-Çin- 1,5:2,5, Slovakiya-İsveç-2:2, İspaniya-İtaliya-3:1.
Bu və digər nəticələr Olimpiadanın turnir cədvəlində öz əksini tapdıqdan sonra məlum oldu ki, Azərbaycan yığmasını liderlərdən cəmi bir xal ayırır. Altı turdan sonra Ukrayna, Ermənistan və Gürcüstanın 11 xalı var idi, yığmamız, Rusiyanın birinci və ikinci komandaları, Polşa, ABŞ, Macarıstan 10 xal toplamışdılar.
Azərbaycan-Türkiyə -3:1.
Bu matçda bizim qızların qələbəsini ilk iki taxtada Zeynəb və Türkan Məmmədyarovaların Betul Yıldız və Kübra Öztürk üzərində qələbələri təmin etmişdir. Sonrakı iki taxtada Nərgiz Umudova və Xəyalə İsgəndərova müvafiq surətdə Emel Kaya və Burcu Sasmazel ilə heç-heçəyə razılaşmışlar.
Bu qələbədən sonra xal ehtiyatını 8-ə çatdıran Azərbaycan komandası 12 pillə irəliləyib, 24-cü mövqeyə yüksəldi. Lider isə maksimum miqdarda - 12 xal toplayan Rusiya 1 komandası idi.
Dünən keçirilən yeddinci turda kişi qrossmeysterlərimiz Hindistana qalib gəldikləri heyətlə Ermənistan şahmatçılarına qarşı oynamışlar, qadın komandamız isə Yunanıstan yığmasıını sınağa çəkmişdir.
* * *
Azərbaycan-Ermənistan-2,5:1,5
Azərbaycan-Yunanıstan-1,5:2,5

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında