"Sabahın ulduzları": altıncı çempionat

Bakı Futbol Federasiyasının təşkil etdiyi VI "Sabahın ulduzları" paytaxt çempionatı oktyabrın 2-də starta çıxacaq. Çempionata müvafiq hazırlıq görülmüş, məşqçilər üçün seminar keçirilmiş, futbolçulara və rəsmi şəxslərə lisenziyalar verilmişdir.
Bu il çempionat iki yaş qrupu üzrə keçiriləcək. 2000-2001-ci il təvəllüdlü yeniyetmələrin yarışında medallar uğrunda 19 komanda mübarizə aparacaq, 1998-1999-cu il təvəllüdlü futbolçuların turnirində isə 13 kollektiv yarışacaq. Bütün oyunlar "Şəfa" stadionunun ehtiyat meydançasında keçiriləcək. Həmişə olduğu kimi, münsiflər heyəti "Turun ulduzu"nu müəyyənləşdirəcək, ən yaxşı futbolçular mükafatlandırılacaqlar. Mükafatları Bakı Futbol Federasiyası İcraiyyə Komitəsinin üzvləri, futbol veteranları təqdim edəcəklər.
Çempionat iki dövrədə keçiriləcək. Birinci dövrəyə dekabrın əvvəllərində yekun vurulacaq. İkinci dövrə isə qış fasiləsindən sonra - Novruz bayramı ərəfəsində başlanacaq. Oyunları AFFA Hakimlər Komitəsinin təyin etdiyi hakimlər idarə edəcəklər. Bakı çempionu adı uğrunda yarışacaq 32 kollektiv arasında Sumqayıt və Şirvan şəhərlərini təmsil edən komandalar da var.
Bakı Futbol Federasiyası yuxarı yaş qrupları üzrə də turnirlər keçirməyi nəzərdə tutmuşdur. Bundan əlavə, Azərbaycan Mətbuat Şurası ilə birgə "Media çempionatı"nın keçirilməsinə də hazırlıq görülür.

{nl}

BFF-nin mətbuat xidməti

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında