Püşk Avropa Oyunlarında çimərlik futbolu komandamızın rəqiblərini müəyyənləşdirdi

Bakıda birinci Avropa Oyunları proqramına daxil olan çimərlik futbolu turnirinin püşkatma mərasimi keçirilmiş və yarışda iştirak edəcək səkkiz komanda iki qrupa bölünmüşdür.

Azərbaycan yığması Portuqaliya, İsveçrə və Ukrayna kollektivləri ilə birlikdə “A” qrupunda mübarizə aparacaq. “B” qrupuna isə Rusiya, İspaniya, İtaliya və Macarıstan komandaları daxildir.

Qrup mərhələsinin oyunları və pley-off görüşləri iyunun 24-28-də keçiriləcəkdir.

Beləliklə, püşk atılmış və ilkin mərhələdə Azərbaycanın çimərlik futbolu ustalarının rəqibləri müəyyənləşmişdir. İndi qalır çətin oyunları tam hazırlıqla qarşılamaq və tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil etmək.

Xatırladaq ki, paytaxtımızda qitə idmançılarının ali məclisinin təntənəli açılış mərasimi iyunun 12-də olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında