Nərimanov rayonunda iməcilik keçirilib

Ağac əkmək savab əməl, nəcib iş sayılır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi  illərdə ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm vermiş, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata keçirilmişdir.

Ulu öndərin müəyyən etdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Hazırda ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Dövlət başçısının ölkəmizdə ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıqlara uyğun olaraq, Nərimanov Rayon İcra Hakimiyyətinin və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayon ərazisində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında növbəti ağacəkmə kampaniyası keçirildi. Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək və  insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.

“Yaşıl marafon”da rayon icra hakimiyyəti başçısı yanında şura üzvləri, Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri,  könüllülər, eləcə də fəal gənclər iştirak edirdilər. 2500 nəfərin qatıldığı aksiya zamanı ərazidə 250-si İtaliyadan gətirilmiş Leylandra olmaqla, 1000-ə qədər müxtəlif növ ağac və kollar əkildi, ətraf məişət tullantılarından təmizləndi, mövcud  yaşıllıqlara qulluq göstərildi. 

Xatırladaq ki, bu  ərazidə mütəmadi abadlıq işləri aparılır, yaşıllığa aqrotexniki qulluq göstərilir, dekorativ ağac və kollar əkilərək yaşıllıq zolağının paytaxtın dilbər guşəsinə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bütövlükdə isə ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması naminə həyata keçirilən belə nəcib aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında