Antalya turnirinin azərbaycanlı mükafatçıları

Azərbaycanın yeniyetmə cüdoçuları Türkyənin Antalya şəhərində keçirilmiş oğlan və qızlar arasında Avropa kuboku turnirində 4 medal –
2 qızıl, 1 gümüş və 1 bürünc mükafat qazanmışlar.

Təmsilçilərimiz 40 kq çəki dərəcəsində xüsusilə fərqlənmişlər. Bu çəkidə finalda Azərbaycan cüdoçuları Şahanə Hacıyeva və Şəfəq Həmidova qarşılaşmışlar. Həlledici görüşdən qalib ayrılan Hacıyevaya qızıl, Həmidovaya isə gümüş medal təqdim olunmuşdur.

Avropa kuboku turnirinin daha bir azərbaycanlı qalibi Kəramət Hüseynov (55 kq) olmuşdur. Cüdoçumuz finalda rusiyalı rəqibini məğlubiyyətə uğratmışdır. Paşa Əliyev (66 kq) isə Antalyadan Bakıya ­bürünc mükafatla qayıtmışdır.

 

 Məmmədyarovlar “Reykyavik Open”ə qələbə ilə başladılar

 

İslandiya paytaxtında “Reykyavik Open” beynəlxalq şahmat turnirinə start verilmişdir. Bu ənənəvi yarışın 280-dən çox iştirakçısı arasında Şəhriyar və Zeynəb Məmmədyarovlar da vardır.

Turnirin saytında verilmiş rəqiblərin siyahısına reytinqə görə 2756 xalla Məmmədyarov başçılıq edir. İkinci-üçüncü pillərlərdə isə çexiyalı David Navara (2736) və ukraynalı Pavel Elyanov (2727) yer almışlar.

İsveçrə sistemi üzrə keçirilib 10  turdan ibarət olan “Reykyavik Open”in birinci turunda Şəhriyar fransalı, Zeynəb isə polşalı rəqiblərinə qalib gəlmişlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında