“Real” və “Portu” yarımfinalın astanasında

UEFA Çempionlar Liqası turnirinin dörddəbir final mərhələsinə ilk vəsiqələri “Real” və “Portu” komandaları qazanmışlar.

İspaniya təmsilçisi səkkizdəbir finalın cavab görüşündə Madriddə “Şalke”yə (Almaniya) 3:4 hesabı ilə məğlub olsa da, qitə klub futbolunun ən nüfuzlu turnirində yoluna davam edəcək. “Real”a bu hüququ onun Almaniyada ilk oyunda iki cavabsız qolla qələbəsi (2:0) təmin etmişdir.

Madridlilərdən fərqli olaraq, “Portu” həmin axşam daha inamlı oyun nümayiş etdirmiş və İsveçrənin “Bazel” klubuna heç bir ümid yeri qoymamışdır. Səkkizdəbir finalın birinci raundunda səfər görüşündən heç-heçə ilə ayrılan (1:1) Portuqaliya futbolçuları evdə öz pərəstişkarlarını əsl hücum futbolu və məhsuldar oyunla sevindirmişlər- 4:0.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında