Sankt-Peterburqda Dünya kuboku kimin üzünə güləcək?

Sabah Rusiyanın Sankt-Peterburq şəhərində qadın güləşçilərdən ibarət yığma komandalar arasında Dünya kuboku turnirinə start veriləcəkdir.

İki gün davam edəcək bu yarışda fəxri mükafat uğrunda səkkiz ölkə kollektivləri mübarizə aparacaq.

Azərbaycan güləşçiləri ilkin mərhələdə Yaponiya, Polşa və ABŞ komandaları ilə birlikdə “A” qrupunda çıxış edəcəklər. “B” qrupuna isə Rusiya, Ukrayna, Monqolustan və İsveç yığmaları daxildir. Qrupların qalibləri öz aralarında keçirəcəkləri həlledici final matçında Dünya kubokunun sahibini müəyyənləşdirəcəklər.

Xatırladaq ki, bu yaxınlarda Tehranda təşkil edilən yunan-Roma güləşi üzrə Dünya kuboku turnirində baş mükafat bütün rəqiblərinə, o cümlədən yarış sahibləri İran idmançılarına, finalda isə Rusiya komandasına qalib gələn Azərbaycan “klassiklərinə” təqdim olunmuşdu. Görək belə mötəbər yarışda qadın güləşçilərimiz necə nəticə göstərəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında