“Qarabağ” və “Simurq” yarımfinalda ?

Futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinin ilk oyunlarından sonra “Qarabağ” və “Simurq” yarımfinal məsələsini, demək olar, öz xeyirlərinə həll etmişlər.

Ağdam klubunun  “Bakı”nın qapısından üç cavabsız top keçirməsi (3:0), “Simurq”un isə Qəbələdə eyniadlı yerli komandanı həmin hesabla məğlubiyyətə uğratması özlərinə yaxşı top ehtiyatı yaradan qalibləri finalın astanasında görəcəyimizə elə bir şübhə yeri qoymur.

“İnter” də “Xəzər-Lənkəran” üzərində kifayət qədər inamlı qələbə qazanmışdır-2:0. Lakin bu rəqibləri Lənkəranda daha gərgin mübarizə gözləyir. “Neftçi” və AZAL komandalarının bir-birinin qapısına yol tapa bilməmələri (0:0) isə onların ikinci görüşünə marağı daha da artıracaq.

Bütün yarımfinalçılar martın 13-nə təyin edilmiş dörddəbir finalın cavab görüşlərindən sonra qəti məlum olacaq.

 Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında