İndi cədvələ "Xəzər-Lənkəran" başçılıq edir

Azərbaycan milli futbol çempionatının yeddinci turuna təsadüf edən "böyük oyun"da "Xəzər-Lənkəran"ın "doğma divarlar" arasında onunla görüşə vahid lider kimi gələn "Neftçi"ni son dəqiqələrdə Dieqo Ruisin vurduğu yeganə qolla məğlubiyyətə uğratması (1:0) Lənkəran komandasına turnir cədvəlinin zirvəsində paytaxt klubu ilə yerini dəyişmək imkanı vermişdir. İndi 17 xalla cədvələ başçılıq edən "Xəzər-Lənkəran" ikinci mövqeyə düşən "Neftçi"dən bir xal irəlidədir.
Üçüncü pillənin də sahibi dəyişmişdir. Bu, AZAL-MOİK və "Gəncə" - "İnter" görüşlərindən sonra məlum olmuşdur. "Təyyarəçilər" ordu futbolçularının qapısından iki cavabsız top keçirmişlər - 2:0, bakılılar isə Gəncəyə səfərdən məyus halda qayıtmışlar - 0:1. "Gəncə"nin beş heç-heçə və bir məğlubiyyətdən sonra çempionatın liderlərindən biri üzərində qələbəsi həm də onun bu günlər 2504 yaşını qeyd edən doğma şəhərin bayramına gözəl töhfəsidir.
Nəticədə xal ehtiyatını 14-ə çatdıran AZAL turnir cədvəlində üçüncü mövqeyə yüksəlmiş (dördüncü yerdə olan "İnter" ondan bir xal geri qalır), "Gəncə" də öz növbəsində artıq 8 xalla yeddinci pillədədir.
Turun digər iki oyununda da qələbəni meydança sahibləri bayram etmişlər: "Muğan" - "Simurq" - 1:0, "Qəbələ" - "Qarabağ" - 2:1.
Hava şəraiti ilə əlaqədar bir günlüyə təxirə salınan "Bakı" - "Turan" görüşü dünən axşam keçirilməli idi.
Səkkizinci turun oyunları isə təqvimdə oktyabrın 1-nə ("Neftçi" - AZAL, "İnter" - "Muğan", "Simurq" - "Qəbələ") və 2-nə ("Turan"-"Qarabağ", MOİK-"Gəncə", "Xəzər-Lənkəran"-"Bakı") təyin edilmişdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında