Ramil Həsənov növbəti dəfə dünya çempionu oldu

Dünya çempionatında 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq
Serbiyanın Belqrad şəhərində sentyabrın 20-dən 26-dək gənclər, yeniyetmə və kadetlər arası kikboksinqin WAKO versiyası üzrə keçirilən dünya çempionatında ölkəmizi ğənclər və yeniyetmələrdən ibarət olan milli komandamız 28 idmançı ilə təmsil edib. Dünyanın 48 ölkəsindən gələn 1400 nəfərdən çox idmançının iştirak etdiyi yarışda idmançılarımız yüksək peşəkarlıq, texniki, fiziki və psixoloji hazırlıq nümayiş edərək ən yüksək nailiyyətlərə qadir olduqlarını bir daha sübut ediblər. Ramil Həsənov (63 kq layt-kontakt), Əli Səfərli (57 kq loukik), Camal Məmmədov (51kq loukik) və Əfqan Rəhmanlı (51kq K-1) qızıl, Rəvan Şəbiyev (51kq K-1) gümüş, Fərid Ağamoğlanov (51kq ful-kontakt) və Ruslan Musayev (42kq layt-kontakt) isə bürünc medal qazanıblar. Bundan əlavə komandamız nizam-intizama görə də yarışın təşkilatçıları tərəfindən yüksək qiymətləndirilib.
Dinamo İdman Cəmiyyətində məşqçi Hikmət Hacıyev və gənclər və yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Rəhim Allahverdiyev tərəfindən dünya çempionatına ciddi hazırlaşan milli komandamız Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev, vitse-prezident Güloğlan Cabbarov və milli komandanın rəisi Sadıx Bağırovun köməkliyi sayəsində müxtəlif təlim-məşq toplanışlarında iştirak ediblər.
Qeyd edək ki, Ramil Həsənov bu ilin iyun ayının 21-dən 28-dək İspaniyanın Madrid şəhərində keçirilən "KICKBOXING" üzrə Dünya Çempionatında layt kontakt yunior(+55) yarışında bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülməklə dövlət himnimizi İspaniyada səsləndirib. Semi kontakt yunior(-55) növü üzrə keçirilən yarışda isə Ramil gümüş medal qazanıb. Onu da qeyd etmək istərdik ki, Ramil rəqiblərindən biri olan erməni idmançısı üzərində inamlı qələbə qazanaraq ona sarsıdıcı zərbələr endirərək nokauta salıb. Beləliklə, iki dəfə dünya, bir dəfə Avropa və iki dəfə Azərbaycan çempionu və Azərbaycan Respublikasının idman ustası olan Ramil Həsənov növbəti yarışlara da əzmlə çalışaraq nailiyyətlərini artırmaq və ölkəmizin dünyanın idman aləmində olan nüfuzunun yüksəlməsinə öz dəyərli töhfələrini vermək istəyindədir.
Xatırladaq ki, 2010-cu il oktyabr ayının 20, 21, 22 və 23 Bakı şəhəri Heydər Əliyev adına İdman və Konsert Kompleksində kikboksinqin WAKO versiyası üzrə kişilər arası Avropa çempionatı keçiriləcəkdir. Bu çempionatda 30-35 ölkədən 600-ə yaxın Avropanın ən güclü idmançısı iştirak edəcək. Gənclər və yeniyetmələrdən ibarət olan milli komandamızın üzvləri ilə yanaşı kişilərdən ibarət olan milli komandamız da bu yarışda ən güclü və tanınmış idmançıları ilə ölkəmizi təmsil edəcək.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında