24-cü gedişdə Rəcəbovun xeyrinə

Tbilisidə davam edən FİDE “Qran-pri”sində dünən altıncı turun görüşləri oynanılmışdır. Teymur Rəcəbov rusiyalı Aleksandr Qrişuku artıq 24-cü gedişdə məğlubiyyətlə razılaşmağa məcbur etmişdir. Bu, qrossmeysterimizin Gürcüstan paytaxtında ardıcıl beş heç-heçədən sonra ilk qələbəsidir.

Digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə Dmitri Yakovenko (Rusiya) ilə heç-heçə oynamışdır.

Altı turdan sonra Rəcəbovun 3,5 xalı var, Məmmədyarov isə 3 xal toplamışdır.

Bu gün keçiriləcək yeddinci turda Teymur özbəkistanlı Rüstəm Qasımcanovla görüşəcək, Şəhriyar isə Qrişuka qarşı oynayacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında