Yarımfinal: Azərbaycan-İtaliya

Azərbaycanın qadınlardan ibarət yığma otüstü hokkey komandası Uruqvayın paytaxtı Montevideoda finişə yaxınlaşmaqda olan Dünya Liqasının ikinci mərhələ turnirində uğurlu çıxışlarını davam etdirir.

Qrup mərhələsində Trinidad və Tobaqonu 5:1, Fransanı 3:2 və Keniyanı 5:0 hesabı ilə məğlubiyyətə uğradan hokkeyçilərimiz dörddəbir finalda da rəqibləri üzərində tam üstünlüyə malik olmuşlar. Bu dəfə Azərbaycan idmançıları digər qrupda (Uruqvay, İtaliya, Meksika, Dominikan Respublikası) dördüncü yeri tutan dominikanlılarla qarşılaşmış və yenə də meydanı böyük hesablı qələbə ilə tərk etmişlər-5:0.

Ardıcıl dörd görüşdə hücumda yüksək fəallıq və məhsuldar oyun nümayiş etdirən yığmamız bu müvəffəqiyyəti yarımfinalda daha da inkişaf etdirmək əzmindədir. Finalın astanasında bizim qızlar İtaliya komandası ilə qarşılaşacaqlar. Digər yarımfinalda isə yarış sahibləri uruqvaylılar Meksika kollektivi ilə görüşəcəklər.

Hər iki yarımfinal oyunu bu gün keçiriləcəkdir. Final isə fevralın 22-nə təyin edilmişdir. Finalçılar Dünya Hokkey Liqasının növbəti mərhələ yarışına birbaşa vəsiqə qazanacaqlar. Göründüyü kimi, Azərbaycan komandası bu məqsədə çox yaxındır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında