Yenə hər iki matçda 3,5:0,5

Əlbəttə ki, siz Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən 39-cu Ümumdünya Şahmat Olimpiadasının açılış turunda Azərbaycanın kişilərdən və qadınlardan ibarət komandalarının müvafiq surətdə Cənubi Afrika Respublikası və Tacikistan yığmalarına eyni hesabla (3,5:0,5) qalib gəldiklərini unutmayıbsınız. Budur, dördüncü "raundda" həmin nəticə təkrar olunmuşdur. Bu dəfə Şəhriyar Məmmədyarov və dostları venesuelalı rəqiblərini, Zeynəb Məmmədyarova başda olmaqla qadın şahmatçılarımız isə Slovakiya yığmasını məğlubiyyətə uğratmışlar.
Azərbaycan-Venesuela-3,5:0,5. Matçda qələbə "toplarını" Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli vurmuşlar. Birinci taxtada Məmmədyarov heç-heçə oynamışdır.
Turun daha bir neçə prinsipial matçının nəticələri: Rusiya 2 - Hindistan - 3:1, Macarıstan-Çin-2,5:1,5, Hollandiya-İspaniya-3:1, Rusiya 1 - ABŞ- 3:1, Gürcüstan-Norveç - 3,5:0,5, Estoniya-Vyetnam-0,5:3,5, Ukrayna-Sloveniya-2,5:1,5.
Dörd turdan sonra yeddi komanda - Rusiya 2, Gürcüstan, Vyetnam, Rusiya 1, Macarıstan, Hollandiya və Ermənistan yığmalarının 8 xalı vardır. Polşa, Ukrayna, İsveç və Çexiya şahmatçıları onlardan 1 xal geri qalırlar. İyirmi dörd komanda, o cümlədən Azərbaycan 6 xala malikdir. Təmsilçilərimiz əlavə göstəricilərə görə 15-ci mövqedədirlər.
Azərbaycan-Slovakiya - 3,5:0,5. Zeynəb Məmmədyarova, Gülnar Məmmədova və Xəyalə İsgəndərova rəqiblərini məğlubiyyətlə barışmağa məcbur etmişlər. Təkcə ikinci taxtada çıxış edən Türkan Məmmədyarova heç-heçəyə razılaşmışdır.
Burada qeyd etmək yerinə düşər ki, 2008-ci ildə Drezdendə (Almaniya) keçirilmiş 38-ci Olimpiadada qadın şahmatçılarımız Slovakiya komandası ilə görüşmüşdülər və onda yeddinci tura təsadüf edən matçda da bizim xeyrimizə 2,5:1,5 hesabı qeydə alınmışdı.
Xantı-Mansiysk Olimpiadasında ilk dörd turdan Ukrayna, Çin, Bolqarıstan və Rusiya 1 komandaları maksimum fayda götürmüşlər. Liderlər 8 xal toplamışlar. Macarıstan, ABŞ, Rumıniya və Slovakiyanın 7 xalı var. Azərbaycan 6 xalla 16-cı pillədədir. Daha 22 komanda 6 xala malikdir.
Dünən Olimpiadada beşinci turun matçları keçirilmişdir. Kişilərdən ibarət heyətimiz bundan əvvəlki turda Xorvatiya yığmasını 2,5:1,5 hesabı ilə məğlubiyyətə uğradan İsveç şahmatçıları ilə görüşmüşdür. Qadın komandamız isə daha zəhmli rəqiblərlə üz-üzə gəlməyə məcburdur. Qızlar artıq üçüncü turda Drezden Olimpiadasının gümüş mükafatçısı Ukrayna yığması ilə oynamalı olmuşdular, dünən isə həmin Olimpiadanın çempionu Gürcüstan komandasına qarşı mübarizə aparmalı idilər.
Onu da qeyd edək ki, bu gün Olimpiada iştirakçıları istirahət edəcəklər. Altıncı turun görüşləri sabah keçiriləcəkdir. Bununla da 11 turdan ibarət Olimpiadanın birinci yarısına yekun vurulacaqdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında