Fasiləyə orta mövqelərdə

Tbilisidə keçirilən FİDE-nin “Qran-pri” turnirinin iştirakçıları çərşənbə günü dördüncü turun görüşlərini oynayıb bir günlük istirahətə çıxmışlar. Qarşıda qrossmeysterləri daha yeddi raundun “döyüşləri” gözləyir.

Bir qədər maraqlı məqamdır, Şəhriyar Məmmədyarov qaralarla iki qələbədən sonra ağ fiqurlarla ikinci dəfə uduzmuşdur. Bu dəfə qrossmeysterimiz onunla görüşə vahid lider kimi başlayan rusiyalı Yevgeni Tomaşevskiyə məğlub olmuşdur.

Teymur Rəcəbov isə həmyerlisindən fərqli olaraq, hələlik nə qələbə qazanmış, nə də uduzmuşdur. Fiqurların rəngindən asılı olmayaraq o, keçirdiyi bütün dörd oyundan heç-heçə ilə ayrılmışdır. Növbəti “dinc” nəticə Dmitri Yakovenko (Rusiya) ilə görüşdə qeydə alınmışdır.

Dörd turdan sonra turnir cədvəlinə tək-tənha başçılıq edən Tomaşevski öz oyunundan tamamilə razı qala bilər - 3,5 xal. Liderin ən yaxın izləyiciləri Aniş Giri (Hollandiya), rusiyalı Aleksandr Qrişuk və Yakovenko 2,5 xal toplamışlar. Orta mövqelərdə olan Məmmədyarov, Rəcəbov, Lenyer Dominges (Kuba) və Rüstəm Qasımcanov (Özbəkistan) əllifaizli nəticə göstərmişlər - 2 xal. Maksim Vaşye-Laqrav (Fransa), Dmitri Andreykin və Pyotr Svidlerin (hər ikisi Rusiya) 1,5, Baadur Cobavanın (Gürcüstan) 0,5 xalı vardır.

Bu gün keçiriləcək beşinci turda Məmmədyarov Cobavaya qarşı oynayacaq, Rəcəbov isə Vaşye-Laqravla görüşəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında