Azərbaycan dörddəbir finalda

Qadınlardan ibarət ötüstü hokkey üzrə milli komandamız Uruqvayın paytaxtı Montevideoda keçirilən Dünya Liqasının ikinci mərhələsinin qrup turnirini əla əhval-ruhiyyə ilə başa vurmuşdur.

Xəbər verdiyimiz kimi, Azərbaycanın “yaşıl hokkey” ustaları ilk iki görüşdə Trinidad və Tobaqo komandasını 5:1, fransalı rəqiblərini isə 3:2 hesabı ilə məğlubiyyətə uğratmışdılar. Komandamız üçüncü oyunu da yüksək səviyyədə keçirərək Keniya kollektivinə beş cavabsız qolla qalib gəlmişdir-5:0.

Üç görüşdə üç qələbə qazanan Adil Paşayevin yetirmələri “B” qrupunda inamla birinci yeri tutmuşlar. Dörddəbir finalda onlar “A” qrupunda (Uruqvay, İtaliya, Meksika, Dominikan Respublikası) dördüncü yerlə kifayətlənən dominikanlılarla qarşılaşacaqlar. Dörddəbir final görüşləri bu gün keçiriləcəkdir. Bu mərhələnin qalibləri fevralın 21-də yarımfinalda mübarizəni davam etdirəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında