“Kral Klubu” Kriştiano Ronaldonu satmaq qərarına gəlib

“El Konfidensial” nəşrinin yaydığı məlumata görə, İspaniya La Liqasının payaxt təmsilçisi  “Real Madrid”  klubu komandanın portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo ilə yollarını ayıracaq.

Mənbənin məlumatına görə, buna səbəb portuqaliyalı oyunçunun komandasının iki həftə öncə La Liqada “Atletiko Madrid”ə qarşı 4-0 məğlub olduqdan sonra özünə doğum günü keçirməsi olub. Belə ki, ulduz oyunçunun bu addımı klub prezidentini qəzəbləndirib.

Nəşrin iddialarına görə, “Real Madrid”in prezidenti Florentino Perez ulduz futbolçunu mövsüm sonunda satmağı planlaşdırır.

Adının açıqlanmasını istəməyən yüksək səlahiyyətli  “Real Madrid” rəsmisi bu barədə “El Konfidensial” nəşrinə məlumat verərək deyib: “Prezidentin gözü artıq açılıb. Ötən həftəki məğlubiyyətdən sonra Kriştiano Ronaldonun ad günü keçirməsi onun səbrini daşdırıb. Bununla yanaşı, K.Ronaldonun yaşı artır və məhz buna görə, prezident onu yüksək bir məbləğə satmaq istəyir”.

“Real Madrid”in prezidenti F.Perez daha əvvəl komandaya gətirdiyi Luis Fiqo, Zinəddin Zidan və Devid Bekham kimi ulduzlardan bir qəpik belə qazanmayıb. Klub prezidenti məhz bu səbəbdən Kriştiano Ronaldo ilə bağlı eyni səhvə yol vermək istəmir. Bu səbəbdən də Perez “Mançester Yunayted”in təklifini dəyərləndirmək qərarına gəlib”, – deyə “Real” rəsmisi bildirib.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında