Məmmədyarov və Rəcəbov Tbilisidə

Gürcüstan paytaxtında Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 2014-2015-ci illər üçün “Qran-pri” yarışları seriyasından üçüncü mərhələ görüşləri start ərəfəsindədir. Artıq bu axşam turnirin açılış mərasimi keçiriləcək. Tbilisi turnirinin 12 iştirakçısından ikisi azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdur.

Təmsilçilərimizlə yanaşı, yarışın mükafatları uğrunda rusiyalılar Aleksandr Qrişuk, Pyotr Svidler, Dmitri Andreykin, Dmitri Yakovenko, Yevgeni Tomaşevski, hollandiyalı Aniş Giri, fransız Maksim Vaşye-Laqrav, kubalı Lenyer Dominges, Özbəkistan şahmatçısı Rüstəm Qasımcanov və Baadur Cobava (Gürcüstan) mübarizə aparacaqlar.

Turnir dairəvi sistem üzrə keçirilir və rəqiblər hərəyə 11 görüş oynayacaqlar. Təşkilatçılar yarış ərzində qrossmeysterlərə iki istirahət günü nəzərdə tutmuşlar (fevralın 19-da və 24-də). Qalib və mükafatçılar fevralın 27-də məlum olacaq. Turlar Bakı vaxtı ilə saat 15-də başlanacaq. İlk görüşlər sabah oynanılacaq.

Xatırladaq ki, “Qran-pri” yarışlarında cəmi 16 şahmatçı mübarizəyə qoşulmuşdur və onların hər biri üç mərhələdə çıxış edir. Seriyanın qalibi mərhələlərdə göstərilən nəticələrin ümumi yekununda müəyyənləşəcək. Ötən ilin payızında Bakı və Daşkənddə keçirilmiş ilk iki turnirin nəticələrinə görə hazırda italiyalı Fabiano Karuana irəlidədir (230 xal). İkinci-üçüncü yerləri müvafiq surətdə ABŞ təmsilçisi Hikaru Nakamura (207) və Andreykin (190) tuturlar. Məmmədyarov (160) beşinci, Rəcəbov (100) yeddinci pillədədirlər. Dördüncü və sonuncu turnir mayda Xantı Mansiyskdə (Rusiya) təşkil olunacaq. Ümumi yekunda “Qran-pri”nin iki qalibi iddiaçıların dünya şahmat tacı uğrunda turnirinə vəsiqə qazanacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında