“Qarabağ”ın 40 xalı var

Topaz Premyer Liqasının 21-ci turunda elə bir gözlənilməz nəticə qeydə alınmamış, qələbəyə tur ərəfəsində imkanları daha yüksək qiymətləndirilən komandalar nail olmuşlar.

“Simurq”un “Qəbələ” ilə görüşdə müvəffəqiyyəti (2:0) Zaqatala klubunun medallara iddialı olduğunu bir daha təsdiqləmiş, çempionatın ikinci yarısına iki mühüm qələbə ilə başlayan AZAL “Qarabağ”la çətin sınaqda uğurlu oyunlar seriyasını davam etdirə bilməyərək məğlubiyyətlə barışmalı olmuş (0:1), “Neftçi” həmişə yüksək səviyyəli hazırlığı ilə fərqələnən əzmkar komanda kimi görməyə adət etdiyimiz, lakin təəssüf ki, son vaxtlar heç cür özünə oxşamayan “Xəzər-Lənkəran”a qalib gəlməklə (2:0) nəhayət, pərəstişkarlarını sevindirmişdir. Turnir cədvəlinin sonuncu pillələrində qonşuluq edən “Bakı” və “Sumqayıt”  komandalarının görüşündə isə rəqiblər meydanı qolsuz heç-heçə ilə tərk etmişlər.

Bu turdan sonra xal ehtiyatını 40-a çatdıran “Qarabağ” qızıl medallara aparan yolda özünü daha da inamlı hiss edə bilər. Digər iki dəst mükafata hazırda hamıdan yaxın olan “İnter”lə “Neftçi”nin müvafiq surətdə

33 və 30 xalları vardır. Dördüncü pillədə olan “Simurq” 28 xal toplamışdır.

Növbəti, 22-ci turun oyunları fevralın 15-də keçiriləcəkdir. Həmin gün azarkeşlər “İnter”-"Bakı", “Sumqayıt”-AZAL, “Qarabağ”-“Simurq” və “Qəbələ”-“Neftçi” görüşlərini izləmək imkanı qazanacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında