Dünya çempionları Şəmkirdə qonağımız olacaqlar

Unudulmaz azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən və ardıcıl ikinci il Şəmkirdə keçirilən beynəlxalq şahmat turniri bu dəfə daha mötəbər olacaqdır. Əgər ötənilki yarışda altı iştirakçı çıxış etmişdisə, qarşıdakı turnirdə on rəqibin mübarizə aparacağı gözlənilir.

Aprel-may aylarında keçirilməsi nəzərdə tutulan ikinci turnirdə hazırkı dünya çempionu və birinci turnirin qalibi norveçli Maqnus Karlsen, keçmiş dünya çempionları bolqar Veselin Topalov, hindistanlı Vişvanatan Anand, rusiyalı Vladimir Kramnik, habelə digər  məşhur qrossmeysterlər Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Uesli So (ABŞ), fransız Maksim Vaşye-Laqrav qonağımız olacaqlar. Böyük maraqla gözlənilən xatirə turnirində ölkəmizi isə ötənilki kimi Azərbaycan şahmatının liderləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında