İdman xəbərləri

Aliyə Qarayeva: top və lentlə də bürünc medallar
Azərbaycan idmançısı Aliyə Qarayeva Moskvada başa çatmaqda olan bədii gimnastika üzrə dünya çempionatında fərdi yarışlarda halqa ilə təmrinlərin icrasında qazandığı bürünc medala daha iki belə mükafat əlavə etmişdir. Həmyerlimiz lent və topla hərəkətlərin yerinə yetirilməsində də inamla çıxış edərək hər iki təmrində üçüncü olmuşdur. Əlbəttə ki, böyük müvəffəqiyyətdir!
Qeyd edək ki, halqa ilə təmrinlərdə olduğu kimi, lent və topla hərəkətlərdə də Qarayeva yalnız zəngin bədii gimnastika ənənələrinə malik çox güclü Rusiya nümayəndələrini özündən irəli buraxmışdır. Lentlə təmrinlərdə qızıl və gümüş medalları Darya Dmitriyeva və Darya Kondakova qazanmışlar, topla hərəkətlərdə isə Yevgeniya Kanayeva çempion olmuş, ikinci yeri Dmitriyeva tutmuşdur.

{nl}

Bu gün: "Xəzər-Lənkəran" - "Neftçi"
Futbol ictimaiyyətimizin bu görüşü necə böyük maraqla gözlədiyi bütün Azərbaycana yaxşı məlumdur. Liderlər prinsipial oyuna altı turdan sonra turnir cədvəlinin ən yüksək iki pilləsində gəlmişlər və bu gün Lənkəran şəhər stadionunda keçiriləcək görüşdə qələbə hər iki rəqib üçün mühüm əhəmiyyət kəsb edir.
Milli çempionatımızın yeddinci turu çərçivəsində bu gün həmçinin "Muğan" - "Simurq" və "Qəbələ" - "Qarabağ" qarşılaşmaları keçiriləcək. Tura sabah AZAL-MOİK, "Bakı" - "Turan" və "Gəncə" - "İnter" görüşləri ilə yekun vurulacaqdır.
Xatırladaq ki, bu oyunlar ərəfəsində "Neftçi"nin 16, "Xəzər-Lənkəran"ın 14 xalı var. Onların ən yaxın izləyiciləri "İnter"lə AZAL müvafiq surətdə 13 və 11 xal toplamışlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında