Superliqada “Lokomotiv” irəli çıxır

Qadın voleybol komandaları arasında Azərbaycan Superliqasının 13-cü turunda “Telekom”u 3:0 hesabı ilə məğlubiyyətə uğradan “Lokomotiv” turnir cədvəlində birinci pilləyə yüksəlmişdir. Lider on oyunda 23 xal toplamışdır.

İkinci yeri 22 xalla “Azəryol” tutur, üçüncü mövqedə olan “Rabitə” isə 21 xala malikdir. Lakin bu iki komanda “Lokomotiv”dən bir oyun az keçirmişdir.

Bu arada “Azəryol”un Çempionlar Liqası turnirinin pley-off mərhələsinin birinci raundu çərçivəsində İtaliyanın “Yamamay” klubu ilə ilk görüşü artıq start ərəfəsindədir. Komandamız “doğma divarlar” arasında rəqibini sabah qəbul edəcəkdir. İtaliyada cavab matçı isə fevralın 18-də oynanılacaq.

İki görüşün yekununda qalib komanda Çempionlar Liqası kubokuna doğru daha bir addım atıb fəxri mükafat uğrunda mübarizəni  davam etdirəcək. Kubokun sahibinin martda Polşada keçiriləcək “Dördlər finalı”nda məlum olacağını da xatırladaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında