Olimpiadada əsas mübarizə hələ irəlidədir

Biz Xantı-Mansiyskdə (Rusiya) keçirilən 39-cu Ümumdünya Olimpiadasının üçüncü turunda kişi qrossmeysterlərimizin görmə qabiliyyəti zəif olan şahmatçıların Beynəlxalq Federasiyası komandasına (İBCA) qalib gəlmələri, qadın təmsilçilərimizin isə Ukrayna yığmasına uduzmaları barədə qəzetimizin dünənki sayında məlumat verərkən yalnız nəticələri diqqətinizə çatdıra bilmişdik. Bu gün isə həmin matçlar üzərində bir qədər ətraflı dayanmaq istərdik.
Azərbaycan-İBCA-4:0. Yığmamızın kapitanı Zurab Azmayparaşvili bu matçda Şəhriyar Məmmədyarova istirahət verməyi qərara almışdı və birinci taxtada onun yerini Teymur Rəcəbov tutmuşdur. Matçda sonuncu qələbəni də Yuri Meşkovu məğlubiyyətə uğradan Rəcəbov qazanmışdır. Buna qədər isə Rauf Məmmədov artıq 27-ci gedişdə Sergey Krılova, Qədir Hüseynov Oliver Müllerə, Eltac Səfərli isə Sergey Vasinə qalib gəlmişdilər.
Hesabat turunda keçirilmiş daha bir neçə matçın nəticələri: Xorvatiya-Ukrayna-2:2, Meksika-Gürcüstan-1,5:2,5, ABŞ-Çili-3:1, Hindistan-Kolumbiya - 2,5:1,5, İtaliya-Rusiya 1-1:3, Çin-Moldova - 3,5:0,5, Fransa-İsrail-2:2.
Üç turdan sonra turnir cəlvəlində ilk 14 yeri tutan komandaların hərəyə 6 xalı vardır. Bir qrup komanda, o cümlədən, Azərbaycan yığması 4 xal toplamışdır.
Azərbaycan-Ukrayna - 1:3. Qadın şahmatçılarımız ardıcıl iki qələbədən sonra çox güclü Ukrayna komandasına uduzmuşlar. Əvvəlcə matçda bizim qızların işləri pis getməmişdir. Zeynəb və Türkan Məmmədyarovalar ilk iki taxtada Katerina Laqno və Natalya Jukova ilə görüşlərdən heç-heçə ilə ayrılmışlar. Ancaq sonrakı iki taxtada Gülnar Məmmədova və Nərgiz Umudova müvafiq surətdə İnna Qaponenko və Mariya Muziçuka uduzmuşlar.
Kişilərdən ibarət komandamız kimi, qadın şahmatçılarımız da üç turdan sonra 4 xal toplamışlar. Onlar da cədvəldə 1-11-ci yerləri bölüşdürən rəqiblərdən iki xal geri qalırlar. Lakin Olimpiadada əsas mübarizə hələ irəlidədir, hələlik yalnız start turları arxada qalmışdır.
Dünən dördüncü turun matçıları keçirilmişdir. Bu dəfə Azərbaycanın kişilərdən ibarət komandası Məmmədyarov, Məmmədov, Hüseynov və Səfərli ilə Venesuela yığmasına qarşı mübarizə aparmış, qadın şahmatçılarımız (Məmmədyarovalar, Məmmədova, Xəyalə İsgəndərova) isə slovakiyalı rəqibləri ilə görüşmüşlər.{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında