Azərbaycan şahmatçıları “Moskva open” in liderlər qrupunda

Rusiya paytaxtında “Moskva Open” beynəlxalq şahmat festivalı tədricən finişə yaxınlaşır. Doqquz turdan ibarət yarışın altı raundundan sonra Azərbaycanın üç təmsilçisi liderlər qrupunda irəliləyir.

Kişilərin turnirində Rauf Məmmədov altı görüşdən dördündə qələbə qazanmış, iki oyunda isə rəqibləri ilə xalı yarı bölmüşdür. Altıncı turda rusiyalı Ernesto İnarkiyevlə heç-heçəyə razılaşan qrossmeysterimiz 5 xal toplamışdır və 5,5 xalla turnir cədvəlinə başçılıq edən İnarkiyev və onun həmvətəni Yan Nepomnyaşidən yarım xal geri qalır.

Qadınların yarışında ilk on yeri tutan şahmatçıların hərəyə 5 xalı vardır. Liderlərdən ikisi Azərbaycan şahmat məktəbinin yetirmələri Səbinə İbrahimova və Aydan Höcətovadır. Altıncı turda rusiyalı rəqiblərlə qarşılaşan həmvətənlərimiz növbəti qələbələrinə sevinmişlər. İbrahimova Polina Şuvalovanı, Höcətova isə Yevgeniya Ovodu məğlubiyyətə uğratmışlar.

Göründüyü kimi, hər iki turnirdə liderlərlə yanaşı addımlayan Azərbaycan şahmatçıları finişə mükafatçılar sırasında çatmaq üçün yaxşı imkana malikdirlər. Onların bu imkandan necə istifadə edəcəklərini son turlar göstərəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında