Güllə atıcılarımız üçün uğurlu turnir

Müstəqil Dövlətlər Birliyi Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətləri güllə atıcılarının Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən beynəlxalq yarışı başa çatmışdır.
Altı komandanın - Azərbaycan, Belarus, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan və Tacikistan idmançılarının beş gün davam edən turniri ilk günlər qadın güllə atıcılarının gərgin idman mübarizəsi ilə yadda qalmışdır. Həmyerlimiz Zərifə Qasımova qadınların fərdi mübarizəsində yalnız Rusiya təmsilçisi Svetlana Medvedevadan geridə qalaraq Tacikistan idmançısı Zarina Babikova ilə 2-3-cü yerləri bölüşdürmüşdür. İdmançılarımızdan Cəmalə Süleymanova və Aynur Mirişli üçün də bu turnir uğurlu olmuşdur.
Yarışın nəticələrinə görə qadın güllə atıcılarımız Belarus və Rusiya Federasiyası komandalarından sonra üçüncü olmuşlar.
Kişilərin turnirində isə ən yaxşı nəticəni Rəsul Məmmədov göstərmişdir. O, 600 mümkün xaldan 544 xal toplayaraq yarışı üçüncü yerdə başa çatdırmışdır.

{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında