Ermənistan və Bolqarıstan komandalarının yoldaşlıq görüşü dava-dalaşla başa çatıb

Türkiyənin Antalya şəhərində Bolqarıstanın “Levski” və Ermənistanın “Uliss” futbol komandaları arasında yoldaşlıq görüşü oyunçular və komandaların nümayəndələri arasında kütləvi dava-dalaşa görə yarımçıq dayandırılıb.

Lenta.ru-nun sportal. bg-yə istinadla yaydığı bu xəbərdə bildirilir ki, “Levski” nümayəndələrinin dediyinə görə, rəqib görüşün lap əvvəlindən açıq-aşkar sərt oynamış və daim bolqar futbolçularını dava-dalaşa təhrik etmişdir. Hesab Ermənistan klubunun xeyrinə 2:1 olarkən “Uliss”in müdafiəçisi rəqiblərdən birinə kobud şəkildə hücum edib və bundan sonra meydançada futbolçuların iştirakı ilə dava-dalaş başlanıb. Bir qədər sonra klubların nümayəndələri də onlara qoşulublar.

Nəticədə bir  neçə oyunçu müxtəlif ağırlıq dərəcəsi ilə bədən xəsarəti alıb. Dava-dalaş dayandırıldıqdan sonra “Levski”nin baş direktoru Georgi İvanov-Qonzo oyunçulara görüşü davam etdirməyi qadağan edib və komandasını meydançadan çıxarıb.

Sayt həmçinin xatırladır ki, yanvarın 24-də Moskvanın “Lokomotiv” komandası “Uliss” ilə yoxlama görüşü keçirmiş və matç rusiyalıların qələbəsi ilə başa çatmışdır-4:0.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında