Paris “Qran-Pri”sindən 14 medalla

Azərbaycan güləşçiləri yanvarın sonuncu və fevralın birinci günlərində Fransa paytaxtında keçirilmiş beynəlxalq “Qran-Pri” turnirində çıxışlarını 14 medal – 3 qızıl, 4 gümüş və 7 bürünc mükafatla  başa vurmuşlar.

Təmsilçilərimizdən ən böyük müvəffəqiyyətə sərbəst üsulla güləşənlər Məhəmməd Müslümov (65 kq), London Olimpiadasının çempionu Şərif Şərifov (97 kq) və yunan-Roma güləşçisi Elvin Mürsəliyev (80 kq) nail olmuşlar. Onların hər üçü qızıl medalın sevincini yaşamışdır.

Gümüş mükafatlar Cəmaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq), Kamran Məmmədov (yunan-Roma  güləşi, 66 kq), qadın güləşçilər Alyona Kolesnik (55 kq) və Natalya Sinişinə (60 kq) təqdim olunmuşdur.

“Sərbəstlər” Hacı Əliyev (65 kq), Yaşar Əliyev (57 kq), Ruslan Dibirhacıyev (70 kq), “klassiklər” Orxan Nuriyev (98 kq), Murad Məmmədov (59 kq), İslam Abbasov (85 kq) və qadınlardan ibarət komandamızın üzvü İrina Netreba (58 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlmişlər.

Komanda hesabında sərbəst güləşənlərimiz ­turnirin qalibi olmuş, yunan-Roma güləşçiləri ikinci yeri tutmuş, qadınlar isə altıncı nəticə göstərmişlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında