Çempionat “istirahətdən” qayıtdı

Topaz Premyer Liqasında yenicə başa çatmış qış fasiləsində öz heyətlərinə bir qədər “əl gəzdirib” sıralarını möhkəmləndirən rəqiblər yenidən çempionat meydanına qayıdaraq mübarizəni davam etdirməyə başlamışlar. İndi üç dəst medala və onlarla birlikdə avrokubok vəsiqələrinə iddialı klublar məqsədlərinə çatmaq üçün səylərini daha da artıracaq, digərləri isə finişdə mümkün qədər yüksək yerdə olmaq arzusu ilə yaşayacaqlar.

Üçüncü dövrənin ilk oyunu bir qədər gözlənilməz nəticə ilə başa çatdı. Turnir cədvəlində vahid lider “Qarabağ”ın ən yaxın izləyicisi “İnter” meydan sahibi rolunda çıxış etməsinə baxmayaraq “Sumqayıt”ın qapısına heç cür yol tapa bilməyərək qolsuz heç-heçə ilə kifayətlənməli oldu - 0:0. Elə liderlər üçlüyündən digər komanda “Neftçi”nin AZAL-a uduzacağını da (1:2), çoxları gözləmirdi.

Tura bazar günü “Simurq” - “Xəzər - Lənkəran” və “Bakı” - “Qəbələ” görüşləri ilə yekun vuruldu. Eyni hesabla (2:0) başa çatan hər iki oyunda qələbəni Zaqatala və Qəbələ klubları bayram etdilər.

Hesabat turundan sonra turnir cədvəlində ilk üç yeri əvvəlkitək “Qarabağ” (34 xal), “İnter” (30) və “Neftçi” (26) tutur.

Növbəti, 20-ci turun görüşləri fevralın 6-da (“Qəbələ” - AZAL, “Neftçi” - “Simurq”) və 7-də (“Xəzər - Lənkəran” - “İnter”, “Qarabağ” - “Bakı”) keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında