Avropa çempionatında fərqlənənlər Bakıya gələcəklər

Fevralın 24-dən martın 8-dək İsrailin Yerusəlim şəhərində keçiriləcək kişilər arasında şahmat üzrə növbəti Avropa çempionatının iştirakçıları təkcə medallar uğrunda yox, həm də payızda Bakıda təşkil olunacaq Dünya Kuboku turnirinə vəsiqə uğrunda mübarizə aparacaqlar.

Qitə birinciliyində 200-ə qədər rəqibin, o cümlədən 90-dan çox qrossmeysterin çıxış edəcəyi gözlənilir. Onların siyahısına reytinqə görə rusiyalı Nikita Vityuqov başçılıq edir. Çempionatda daha yüksək nəticə göstərən bir qrup iştirakçı Azərbaycan paytaxtına “bileti” özünə təmin edəcəkdir.

Xatırladaq ki, Bakıda Dünya Kuboku turnirində yarışacaq 40 şahmatçı artıq məlumdur. Həmin qrossmeysterlər arasında Azərbaycan şahmatının liderləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da vardır. Onlar Dünya Kuboku turnirində oynamaq hüququnu yüksək reytinqləri sayəsində qazanmışlar.

Bu arada qadın şahmatçıların Azərbaycan çempionatında daha iki turun görüşləri keçirilmişdir. Əvvəlkitək turnir cədvəlinə Nərmin Kazımova başçılıq edir. Lider ilk altı turda 5,5 xal toplamışdır. Doqquz turdan ibarət çempionatda dünən yeddinci turun görüşləri keçirilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında