Avropa çempionatı ərəfəsində Moskva turniri

Xəbər verdiyimiz kimi, fevralın 24-dən martın 8-dək İsrailin Yerusəlim şəhərində kişilər arasında şahmat üzrə şəxsi Avropa çempionatı keçiriləcək və medallar uğrunda 200-dən çox iştirakçı mübarizə aparacaq.

Artıq bu yarışda Azərbaycanı təmsil edəcək şahmatçılar da məlumdur. Bunlar Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Namiq Quliyev, Nicat Abbasov və Vüqar Rəsulovdur.

Avropa çempionatına hələ kifayət qədər vaxt var. Rusiya paytaxtında isə “Moskow Open 2015” beynəlxalq turniri start ərəfəsindədir. Bu gün başlanıb fevralın 8-də finişə çatacaq bu yarışda Rauf Məmmədovun çıxışları azərbaycanlı şahmat həvəskarlarının diqqət mərkəzində olacaq. Qrossmeysterimiz reytinqə görə turnirin 230-dan çox iştirakçısı arasında 14-cüdür (2642). Bu göstəriciyə görə siyahıya rusiyalı Yan Nepomnyaşi (2714) başçılıq edir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında