Növbəti rəqiblərimiz – “Yamamay” və “Bezye”

Qadın komandaları arasında Çempionlar Liqası və Avropa Voleybol Konfederasiyası kuboku turnirləri həlledici mərhələyə qədəm qoymuşdur. Püşk növbəti görüşlərdə Azərbaycan klublarının rəqiblərini müəyyənləşdirmişdir.

Çempionlar Liqasının pley-off mərhələsinin birinci raundunda “Azəryol”u fevralın ikinci ongünlüyündə İtaliyanın “Yamamay” komandası ilə iki çətin oyun gözləyir. Rəqiblər əvvəlcə Bakıda, sonra da İtaliyada qarşılaşacaqlar. Cütün qalibi növbəti mərhələdə İtaliyanın “Pyaçentsa” və Rusiyanın “Dinamo” (Moskva) komandalarının görüşlərində qələbə qazanan komandaya rəqib olacaq.

“Rabitə” isə Avropa Voleybol Konfederasiyasının kuboku turnirinin dörddəbir finalında Fransanın “Bezye” klubu ilə “münasibətləri aydınlaşdıracaq”. İlk  oyun martın əvvəlində Fransada, cavab görüşü bundan bir həftə sonra Bakıda keçiriləcəkdir. Əgər ölkə çempionumuz “Bezye”nin öhdəsindən gələ bilsə, yarımfinalda “Dinamo” (Krasnodar, Rusiya) – “Nant” (Fransa) cütünün qalibi ilə  görüşəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında