"Olimpiyski"də daha bir bürünc medal

Azərbaycanın bədii gimnastika ustaları Moskvanın "Olimpiyski" İdman Kompleksində davam edən dünya çempionatında daha bir bürünc medala sahib olmuşlar. Təmsilçilərimiz dörd təmrin (halqa, ip, lent və top) üzrə çıxışların yekununda rusiyalı və belaruslu rəqiblərindən sonra komanda hesabında üçüncü yeri tutmuşlar.
Ölkəmizə ilk bürünc mükafatı isə artıq bildiyiniz kimi, Aliyə Qarayeva qazandırmışdır. O, halqa ilə hərkətləri yüksək ustalıqla yerinə yetirərək fəxri kürsünün üçüncü pilləsində təbrikləri qəbul etmiş və gimnastımızın bu müvəffəqiyyəti şərəfinə nəhəng idman sarayında qaliblərin mükafatlandırılması mərasimində Azərbaycanın milli bayrağı yüksəyə qaldırılmışdır.
Aliyə Qarayeva, Anna Qurbanova və Samirə Mustafayeva dünən lent və topla hərəkətlərin icrasında təsnifat yarışlarında çıxışlarını başa vurmuşlar. Bu təmrinlərdə medallar uğrunda mübarizəni davam etdirmək üçün onlar səkkiz finalçı sırasına daxil olmalı idilər.
Bu gün dünya çempionatında çoxnövçülükdə qalib və mükafatçılar məlum olacaq.

{nl}

O.BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında