İkinci qələbə və gözlənilməz məğlubiyyət

Azərbaycanın qadınlardan ibarət komandası Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının ikinci turunda Avstriya yığmasını məğlubiyyətə uğradaraq ardıcıl ikinci qələbəsini qazanmış, kişi qrossmeysterlərimiz isə gözlənilmədən vyetnamlı rəqiblərinə uduzmuşlar.
Azərbaycan-Avstriya - 3:1.
Bu matçda komandamızın kapitanı Fikrət Sideifzadə "meydana" Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Nərgiz Umudova və Xəyalə İsgəndərovadan ibarət heyət çıxarmışdır. Məmmədyarova (2234) əsl lider keyfiyyətləri nümayiş etdirərək reytinqdə özündən 202 xal irəli olan Yeva Moseri (2436) birinci taxtada inamla məğlubiyyətə uğratmışdır. Məmmədova və Umudova da qələbə əzmində ondan geri qalmamışlar. Təkcə dördüncü taxtada çıxış edən Xəyalə İsgəndərova uduzmuşdur. Lakin bu məğlubiyyət Azərbaycan komandasının matçda qələbəsinə xələl gətirməmişdir.
İki turdan sonra qadınların turnirində 27 komandanın, o cümlədən Azərbaycan yığmasının hesabında 4 xal vardır. Dünən keçirilən üçüncü turda bizim qızları Olimpiadanın medallarına əsas namizədlərdən biri olan Ukrayna şahmatçıları ilə çətin matç gözləyirdi. Həmyerlilərimiz bu görüşə Məmmədyarova bacıları, Məmmədova və Umudovadan ibarət heyətlə hazırlaşmağı qərara almışdılar.
Azərbaycan-Vyetnam - 1,5:2,5. Qrossmeysterlərimiz imkanları o qədər də yüksək qiymətləndirilməyən rəqiblə matçda bir qələbə belə qazana bilməmişlər. Şəhriyar Məməmdyarov, Teymur Rəcəbov və Qədir Hüseynov heç-heçə ilə kifayətlənmişlər, üçüncü taxtada çıxış edən Rauf Məmmədov isə uduzmuşdur. Bu gözlənilməz məğlubiyyət elə startdaca Azərbaycan komandasını yüksək yerlər uğrunda mübarizədə əsas rəqiblərindən geri salmışdır. Lakin 11 turdan ibarət Olimpiada yenicə starta çıxmışdır və vəziyyəti düzəltmək, planlaşdırılmayan itkinin əvəzini çıxmaq üçün hələ kifayət qədər imkan var.
Dünən keçirilən üçüncü turda təmsilçilərimiz İBCA - görmə qabiliyyəti zəif olan şahmatçıların komandası ilə görüşmüşlər. Məmmədyarova istirahət verildiyi bu matçda Azərbaycan komandası Rəcəbov, Məmmədov, Hüseynov və Eltac Səfərlidən ibarət heyətlə mübarizə aparmışdır.
* * *
Azərbaycan-İBCA-4:0
Azərbaycan-Ukrayna-1:3

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında