Zeynəb Məmmədyarova Azərbaycan çempionudur

Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı Zeynəb Məmmədyarovanın qələbəsi ilə başa çatmışdır. Finişdə ardıcıl dörd görüşdə Səbinə Quliyeva, Nərmin Kazımova, Ülviyyə Fətəliyeva və Türkan Həsənovanı məğlubiyyətə uğradan sumqayıtlı qrossmeyster 9 mümkün xaldan 7 xal toplayaraq 2015-ci ilin ölkə çempionu adını qazanmışdır.

Üç iştirakçı Kazımova, Nərmin Məmmədova və Həsənova çempiondan bir xal geri qalmışlar. Əlavə göstəricilərə görə, gümüş və bürünc medallara Kazımova və Məmmədova sahib olmuşlar.

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi beynəlxalq turnirə də yekun vurulmuşdur. Sonuncu turda gürcüstanlı Baadur Cobavaya uduzan Azərbaycan şahmatçısı Teymur Rəcəbov 6 xalla 14 rəqib arasında səkkizinci yerlə kifayətlənmişdir.

Turnirin qalibi adını isə Maqnus Karlsen qazanmışdır. Norveçli dünya çempionu 9 xal toplamışdır. İkinci-beşinci yerləri bölüşdürən Maksim Vaşye-Laqrav (Fransa), Aniş Giri (Hollandiya), Uesli So (ABŞ) və Din Lijen (Çin) finişə 8,5 xalla çatmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında