Dörd görüşdə dörd qələbə

Qadın şahmatçıların növbəti Azərbaycan çempionatının ilk  dörd turu bakılı Nərmin Kazımovanın dörd qələbəsi ilə əlamətdar olmuşdur. O, paytaxtın digər təmsilçiləri Xatın Bağırova, Xəyalə Abdulla, Pərvanə İsmayılova və şirvanlı Gülnar Məmmədovaya qalib gələrək 4 xalla turnir cədvəlində vahid lider mövqeyində qərar tutmuşdur.

İkinci pillədə irəliləyən Ülviyyə Fətəliyeva (Gəncə) üç qələbə və bir heç-heçə sayəsində 3,5 xal toplamışdır. Üç-beşinci yerləri bölüşdürən  İsmayılova, sumqayıtlı Zeynəb Məmmədyarova və Nərmin Məmmədova (Bakı) dörd turda hərəyə 3 xal qazanmışlar.

İsveçrə sistemi üzrə keçirilib doqquz  turdan ibarət olan Azərbaycan çempionatının medalları uğrunda 20 iştirakçı mübarizə aparır. Dünən beşinci turun görüşləri oynanılmış və turnir məsafəsinin birinci yarısı arxada qalmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında