Teymur Rəcəbov Hollandiyada qələbələrinin hesabını açdı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hollandiyada keçirilən ənənəvi beynəlxalq turnirdə nəhayət, qələbələrinin hesabını açmışdır. Qrossmeysterimiz üç heç-heçə və bir məğlubiyyətdən sonra beşinci turda xorvatiyalı İvan Sariçlə görüşdə qara fiqurlarla daha dəqiq oynayaraq rəqibini məğlubiyyətlə barışmağa məcbur etmişdir.

Bu qələbə Rəcəbova xal ehtiyatını 2,5-ə çatdırmaq və turnir cədvəlində öz  vəziyyətini bir qədər yaxşılaşdırmaq imkanı vermişdir. İlk beş görüşdə əlli faizli nəticə göstərən təmsilçimiz 3,5 xalla ikinci-üçüncü yerləri bölüşdürən Raymond Voytaşek (Polşa) və Din Lijendən (Çin) bir xal geri qalır. Vahid lider ukraynalı Vasili İvançuk isə 4 xal toplamışdır. Xatırladaq ki, turnirin mükafatları uğrunda 14 məşhur qrossmeyster mübarizə aparır.

Bu arada kişilər arasında növbəti Azərbaycan çempionatına yekun vurulmuşdur. Üç iştirakçı Rauf Məmmədov, Eltac Səfərli və Vasif Durarbəyli finişə eyni nəticə 6,5 xalla çatmışlar. Məmmədov əlavə göstəricilərə görə ölkə çempionu adını qazanmışdır. Gümüş və bürünc medallara müvafiq surətdə E.Səfərli və V.Durarbəyli sahib olmuşlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında